BMT Suriyaya humanitar yardım göndərməyi dayandırıb

BMT Suriyaya humanitar yardım göndərməyi dayandırıb
20 Sentyabr 2016
Mətni dəyiş
BMT, humanitar yardım çatdıran konvoyunun Aleppo əyalətində atəşə tutulmasından sonra Suriyaya humanitar yardım göndərilməsini tamamilə dayandırıb.
BBC-nin verdiyi məlumata görə, BMT nümayəndəsi kolonların keçidi üçün icazə olduğunu, marşrut barədə ABŞ və Rusiyanı məlumatlandırdığını qeyd edib.
Qırmızı Xaç və BMT konvoyları Aleppodakı 78 000 insanın yaşadığı Urm al-Kubra şəhərinə taxıl, isti paltar və dərman preparatları çatdırmalı idi.
BMT-nın nümayəndəsi Stephane Sujarric, hadisə nəticəsində  31 yük maşınından 18-i məhv edildiyini bildirib. Qeyd edək ki, ölənlər arasında Qırmızı Xaçın Suriyadakı nümayəndəliyinin yüksək vəzifəli məmuru da var.
Beynəlxalq Qırmızı Xaç komitəsinin prezidenti Peter Maurer baş verən hadisəni "humanitar sahədə beynəlxalq hüququn kobud şəkildə pozulması" kimi qiymətləndirib. BMT nümayəndələri baş verənlərin arxasında kimin durduğunu demir. Avropadakı Suriyalı hüquq müdafiəçiləri bunun Suriya və ya Rusiya hərbi hava qüvvələri tərəfindən olduğunu hesab edir. ABŞ, amerikalı hərbçilərin humanitar yardım daşıyan yük maşınlarına atəş etməsini sadəcə səhv nəticəsində ola biləcəyini, bunun ABŞ-ın Suriyadakı, eləcə də bütün dünyadakı missiyalarına tərs olduğunu bildirib. Rusiya tərəfi isə, şifahi ittihamları şərh etməkdən imtina edib, Rusiyalı hərbçilərin hadisəni araşdırdığını bilirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun