BMT-nin xüsusi nümayəndəsi siyasi məhbuslarla görüşüb

BMT-nin xüsusi nümayəndəsi siyasi məhbuslarla görüşüb
19 Sentyabr 2016
Mətni dəyiş
Qiymətləndirmə missiyası ilə Bakıya gələn BMT İnsan Hüquqları Şurasının məsul xüsusi məruzəçisi Michel Forst 1 saylı Bakı İstintaq Təcridxanasında və 2 saylı Cəzaçəkmə müəssisəsində siyasi məhbuslarla görüşüb.
Michel Forst sentyabrın 17-də Məmməd İbrahim, İlkin Rüstəmzadə, Fərəc Kərimli və digər siyasi məhbuslarla görüşüb. Bu barədə abzas.net-ə məhbusların yaxınları məlumat verib. Görüşlərdə ölkədəki insan haqlarının ümumi vəziyyəti, siyasi hüquqlar, media azadlığı və siyasi məhbus məsələləri müzakirə edilib.
Sentyabrın 18-i isə REAL Sədri İlqar Məmmədov Michel Forst ilə 2 Saylı Cəzaçəkmə müəssəsində görüşüb.
Forstun səfəri sentyabrın 14-də başlayıb və sentyabrın 22-də yekun mətbuat konfransı ilə yekunlaşacaq.
Müstəqi ekspert, BMT-nin İnsan Hüquqları Şurasının məsul nümayəndəsi Azərbaycanda vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlər haqqında ilkin mənbədən məlumat toplayacaq. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutur.
Səfər zamanı xüsusi məruzəçi rəsmi şəxslər, məhkəmə işçiləri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri və diplomatlarla görüşəcək.
Forst səfərin yekunlarına dair məruzəni 2017-ci ilin martında İnsan Hüquqları Şurasında təqdim edəcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun