"Bir partiyanın adına bülletenləri minlərlə yox, milyonla atıblar"

"Bir partiyanın adına bülletenləri minlərlə yox, milyonla atıblar"
20 Sentyabr 2016
Mətni dəyiş
“Neqativ amillər sentyabrın 18-dəki seçkilərə kölgə salır: bunlar leqal məhdudiyyətlər, mediaya dövlət nəzarəti, vətəndaş cəmiyyətinə məhdudiyyətlər , prosedura pozuntuları daxildir” - bunu ATƏT-in Rusiyada parlament seçkilərini izləmiş missiyasının rəhbəri İlkka Kanerva deyib.
Ancaq ATƏT missiyasının seçkilərə verdiyi qiymət tam mənfi deyil, müsbət dəyişikliklər də qeyd olunub.
Kanerva deyib ki, “seçki administrasiyasında aşkarlığın və etimadın artması vacib addımlardır”.
Bununla belə Kanerva yenə ən mühüm problemləri qeyd edib ki, “əsas hüquqların məhdudluğu problem olaraq qalır”.
Bunları Kanerva Moskvada sentyabarın 19-da deyib.
Səslərin 95 faizinin sayılmasından sonra yaranan duruma görə, hakim Vahid Rusiya partiyası 450 yerdən 343-nü qazanır. Bu da əsas qərarları Dumadan keçirməyə lazım olan yerlərin 3-də 2-dən çoxdur.
Kommunist partiyasının lideri Zuganov isə seçkiləri tənqid edib. O deyib ki, bir partiyanın adı yazılan bülletenləri minlərlə yox,milyonla atıblar.
Züganov seçkiyə gələnlərin azlığını isə "insanların ayağı ilə səs verməsi" adlandırıb. Onun fikrincə, bu, insanların seçkiyə inamsızlığını göstərir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun