"Bilirik, gec də olsa, haqq öz yerini tapacaq"

"Bilirik, gec də olsa, haqq öz yerini tapacaq"
23 Sentyabr 2016
Mətni dəyiş
Bakının Nardaran kəndidə yaşayan qadınlar adından Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasova müraciət ünvanlanıb.
Müraciətdə qeyd edilib ki, məhkəmədə Nardaran qadınlarına, Həzrəti Fatimənin çadırasını gəzdirən qadınlara atılan iftiralar Azərbaycan anasına, qadınına, qızına atılır:
"Nardaran Azərbaycanın bir bölgəsidir. Burada yaşayanlar Azərbaycan qızı,anasıdır. Nə cürətlə bizim kəndin xanımları haqqında belə ləyaqətsiz ifadələr işlədilir? O ki qaldı Nardaranın xanımlarına, bizim kişilər xanımlarına o qədər etibar edirlər ki, bir parça çörək üçün illərlə gedib Rusiyada qalırlar. Nardaranda kişi evdən gedəndə xanım əxlaqsızlıq edib evə yad kişi salmır. Nardaranda qızların arxasınca gəzmək üçün maşınlar gəlmir. Hər yerdə pis də, yaxşı da var. Nardaranda pis olanda cəza da verilir. Nardaran bir məkandır ki, oranın mağazalarında spirtli içki olmur. Hər bir azərbaycanlı kimi bizim də xəmirimiz halallıqla yoğrulub. Nardaranda terrorçu ola bilməz. Barmaqlılar arasında olanlardan hansı terrorçuya, qaniçənə oxşayır? Terrorçuya ən çox onların üzünə duranlar oxşayır. Onlar ləyaqətli polislərin adına ləkədirlər. Biz bu şəraitə ona görə dözürük, bilirik ki, Allah böyükdür. Nardaran hadisələrindən sonra Allahın çox möcüzəsinə şahid olmuşuq. Bilirik, gec də olsa, haqq öz yerini tapacaq. 26 noyabr hadisəsini yaradanlara, haqqı tapdalayanlara demək istəyirik ki, Nardaranda evlərdə zalımlar üçün açılan "Quran"lar hələ də açıqdır. Onları Allaha tapşırırq. Biz zalımları Allaha tapşırırıq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun