Belarusiyada Parlament seçkiləri keçirilir

Belarusiyada Parlament seçkiləri keçirilir
11 Sentyabr 2016
Mətni dəyiş
Belarusiya Parlamentinin aşağı palatasına seçkilər başlayıb. Təqribən yeddi milyon vətəndaş 6 min məntəqədə səsvermə hüququndan istifadə edə biləcək.
Seçki məntəqələrinə müşahidə üçün beynəlxalq və yerli müşahidəçilər gəlib.
Belarusiyanın Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, Nümayəndələr palatasındakı 110 yer üçün 484 namizəd mübarizə aparır. Ən ən çox rəqabət paytaxt Minskdədir, bir yer üçün 6 namizəd.
Nümayəndələr palatasına keçirilən seçkilərin baş tutmuş hesab olunması üçün səsvermə hüququna malik vətəndaşların ən az 50 faizi seçkilərdə iştrak etməlidir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun