Bayram Məmmədovun həbs müddəti artırıla bilər

Bayram Məmmədovun həbs müddəti artırıla bilər
6 Sentyabr 2016
Mətni dəyiş
Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc fəal Bayram Məmmədovun məhkəməyəqədər həbs müddətinin artırılması istənilir.
Gənc fəalın işini araşdıran müstəntiq və prokuror bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət edib.
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvlərindən Bayram Məmmədovun vəkili Elçin Sadıqovun sözlərinə görə, həmin müraciətə bu gün Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.
Vəkil həbs müddətinin artırılması üçün əsas olmadığını, bunun əleyhinə gərəkli hüquqi addımların atılacağını deyib.
E. Sadıqov qeyd edib ki, mayın 11-dən bu yana B. Məmmədovla bağlı heç bir istintaq hərəkəti aparılmayıb.
Xatırladaq ki, B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə, həbs edildiyi güman olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun