Banksy "Massive Attack"ın üzvüdür?

Banksy "Massive Attack"ın üzvüdür?
2 Sentyabr 2016
Mətni dəyiş
"Banksy" təxəllüsü ilə tanınan, dünyanın ən məhşur və ən müəmmalı küçə rəssamının əfsanəvi "Massive Attack" musiqi qrupunun üzvü olması haqda şübhələr var.
Bu barədə İngiltərənin məhşur "Daily Mail" qəzeti yazır.
"Daily Mail"in jurnalisti Craig Williams-ın gəldiyi nəticəyə görə, "Banksy" təxəllüslü rəssam Del Najanın özü və yə üzvü olduğu Massive Attack qrupu ilə əlaqəsi olan şəxsdir. Şəxsi araşdırması nəticəsində Bansky-nin rəsm çəkdiyi yerlərin əksəriyyətinin "Massive Attack"ın konsert verdiyi yerlər olduğu qənaətinə gəlib.
Williams, Banksy-nin son 12 ildə Massive Attackın konsertinin keçirildiyi yerlərdə ən azı 10 qraffitinin çəkildiyini aşkarlayıb.
Qəzetin yazdığına görə, Del Naja 80-ci illərdən qraffiti çəkir və bir neçə il əvvəl Banksy ilə dost olduqlarını etiraf edib.
"Bəlkə də Banksy bir nəfər deyil? Ola bilərmi ki, Banksy bir dəstə insandı, hansılar ki, dünyanın hər yanına dağılıb küçələrə rəsm çəkirlər? İllərdir dünyanın hər tərəfində bu qədər qraffitinin çəkilməsi bu nəticəyə gəlməyə vadar edir" - deyə Williams bildirir.
Hələ 2008-ci ildə ingilis alimlərin çəkilən qraffitilər üzərində apardıqları araşdırmadan sonra Banksy ləqəbli rəssamın Bristol şəhərinin Robin Gunningham məktəbindən məzun olmuş şəxs olduğu qənaətinə gəliblər.
Banksy street-art tərzində dünyada ən tanınmış rəssam hesab olunur. O, çəkdiyi rəsmləri elan etməməyi ilə tanınır, çoz az insan onu üzdən tanıyır, amma əsl kimliyi hələ də müəmmalıdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun