Azərbaycanda məktəbəhazırlıq qruplarında tədrisin başlanılması vaxtı açıqlanıb

Azərbaycanda məktəbəhazırlıq qruplarında tədrisin başlanılması vaxtı açıqlanıb
7 Sentyabr 2016
Mətni dəyiş
Təhsil Nazirliyindən məktəbəhazırlıq qruplarında tədrisin başlanılmasının vaxtı açıqlanıb.
Nazirlikdən bildirilib ki, məşğələlər bir qayda olaraq, oktyabrın 1-dən, bu il isə oktyabrın 1-i şənbə günü olduğundan məşğələlər oktyabrın 3-dən başlayacaq.
Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında yaradılacaq. Hazırda həmin qruplara ərizə qəbulu davam etdiyindən cəlb olunacaq uşaqların sayını dəqiq göstərmək mümkün deyil.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" yeni qərarına əsasən, bu ildən dövlət ümumtəhsil məktəblərində dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılacaq. Azərbaycanda 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılması nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun