8 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycanın şimal-qərb bölgəsində daha bir zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gün saat 01.29-da Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.
Zəlzələ Balakən ərazisində 4,1 bal, ətraf rayonlarda isə 2-3 bala qədər hiss olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, hər hansi bir dağıntı, fəsad baş verməyib. Zəlzələ zəif hiss olunub.