Azərbaycan “Rio-2016”da korrupsiya sxemində iştirakda ittiham olunur

Azərbaycan “Rio-2016”da korrupsiya sxemində iştirakda ittiham olunur
28 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Rio-de-Janeyroda keçirilmiş olimpiya oyunlarının güləş yarışlarındakı korrupsiya sxemində iştirakda ittiham olunur.
Amerika saytı flowrestling.org yazır ki, bütün bu korrupsiya “toru”nu UWW-nin (Birləşdirilmiş Güləş Dünyası və ya Ümumdünya Güləş İttifaqı) əsas arbitri, alman Antonio Silvestri idarə edib. Bu sxem hansı məqsədlə yaradılıb və necə fəaliyyət göstərib?
Saytın iddiasına görə, məqsəd medalların Azərbaycandan, Rusiyadan və Özbəkistandan olan güləşçilərin qazanmasına kömək etmək olub. Bunun üçün reputasiyası korlanmış arbitrlərin, necə deyərlər, “qrupu” yaradılıb, hansılar ki, əsasən adı çəkilən üç ölkədən olan pəhləvanların iştirakı ilə keçirilən döyüşlərə təyin olunurdular.
“Başlanğıc üçün deyək ki, hakimlər, hansılar ki, bu və ya digər xalçada döyüşə hakimlik etməlidir, tamamilə təsadüfən təyin edilirlər, – flowrestling yazır.– Tək məhdudiyyət: onlar öz ölkəsindən olan pəhləvanın iştirakı ilə keçirilən döyüşə hakimlik edə bilmirlər. Hakimlərin təyinatı ilə Antonio Silvestri məşğul olurdu. Amma onun elədikləri ağlasığmaz idi. Silvestri rusiyalıların, azərbaycanlıların və özbəklərin iştirakı ilə döyüşlərə eyni arbitrləri o qədər tez-tez təyin edirdi ki, bu sadəcə təsadüf ola bilməzdi. Söhbət on hakim haqqında gedir, hansıların ki, təyinatları şübhəlidir və korrupsiyalaşmanın danılmaz sübutudur”.
Əsas şübhəli döyüşlər arasında 97 kq-a qədər çəki kateqoriyasının 1/8 finalında iranlı Rza Yazdani ilə Azərbaycanın sərbəst güləşçisi Xetaqa Qazyumovun döyüşünü misal göstərirlər. O görüşü Qazyumov 2:1 hesab ilə uddu. Həmin döyüşə hakimlik üçün Özbəkistandan Konstantin Mixaylov, Rusiyadan Serqey Novakovskiy və Gürcüstandan Temo Kazaraşvili cəlb edilmişdilər. Bu trio, saytın fikrincə, Yazdanini “məhkum edərək” Qazyumova dörddəbir finala çıxmağa imkan yaradıb. 15 dəqiqə sonra, demək olar ki, həmin tərkib (Mixaylovu koreyalı Çanq Tonq-Qan əvəz etmişdi) Puerto-Rika pəhləvanı Qomesi özbək Novruzovla döyüşdə “incitdi”. Bundan sonra Çanq, Kazaraşvili və Novakovskiy diskvalifikasiya edildilər, amma bu yarışların son günü idi və onlar o ana qədər öz missiyalarını artıq yerinə yetirmişdilər.
Rioda koreyalı Çanqın hakimlik etdiyi bütün döyüşlərin 53 faizini Rusiya, Azərbaycan və Özbəkistan idmançılarının iştirakı ilə olan görüşlər təşkil edib.
Kazaraşvilidə bu göstərici 50 faizə bərabərdir. Bundan başqa, onu gürcü mənşəli Rusiya idmançısı David Çakvetadzenin döyüşünə təyin ediblər.
Rusiyalı Novakovskiy 20 faiz halda Azərbaycandan və Özbəkistandan olan pəhləvanların iştirakı ilə görüşlərə hakimlik edib, amma Qazyumovun və Novruzovun döyüşünün videosuna baxış keçirilərkən onun rəyi həlledici olub, – deyə sayt vurğulayıb.
Bu sxemə, həmçinin İqor Brel (Belarus), Koçkor Kulmatov (Qırğızıstan), Edişer Maçaidze (Gürcüstan), yuxarıda adı çəkilən Konstantin Mixaylov (Özbəkistan), Uve Mans (Almaniya), Noreddin Moşaffa (Mərakeş), Stanislav Sernek (Sloveniya), Andrey Krikov (Rusiya) və Hicran Şərifov (Azərbaycan) da cəlb ediliblər.
Məşhur Azərbaycan arbitri Hicran Şərifov haqqında yazılıb ki, onun Rioda hakimlik etdiyi görüşlərin 50 faizi rusiyalıların və özbəklərin iştirakı ilə olub.
Konstantin Mixaylovda azərbaycanlıların iştirakı ilə döyüşlər 10 faiz təşkil edib. Yeri gəlmişkən, o, Hacı Əliyevin gürcü Vladimir Xinçeqaşvili ilə dörddəbir finalda və bolqar Vladimir Dubovla bürünc uğrunda keçirdiyi döyüşlərdə də hakimlik edib. Gürcü pəhləvanı ilə Əliyevin döyüşünə biz hələ qayıdacağıq…
Alman Uve Mantsın hakimlik etdiyi döyüşlərin 83 faizi də həmin üç ölkənin nümayəndələrinin iştirakı ilə olub. Amma vurğulanır ki, bu arbitrdən, hansının ki, reputasiyası mübahisə doğurmur, böyük ehtimalla şübhələri dağıtmaq üçün sadəcə istifadə ediblər. Mümkündür ki, o bu “tora” təsadüfən düşən yeganə hakim olmayıb.
Sloveniyalı Stanislav Sernek monqol Qanzoriqomun və həmin özbək Novruzovun arasında 65 kq-a qədər çəkidə bürünc uğrunda keçirilmiş məşhur döyüşdə – hansında ki, monqol məşqçiləri öz narazılıqlarını xalça üzərində soyunmaqla bildirmişdilər, – hakimlik etmişdi. Yeri gəlmişkən, o döyüşün xalçadakı hakimi Hicran Şərifov olmuşdu.
Rusiya arbitri Andrey Krikovun hakimlik etdiyi bütün döyüşlərin 24 faizi Azərbaycan pəhləvanlarının iştirakı ilə olub. Onun aktivində Cəbrayıl Həsənovun, Xetaqa Qazyumovun və Şərif Şərifovun iştirakı ilə keçirilən əhəmiyyətli görüşlər də var.
Sxemdə xüsusi aksent dörddəbir final döyüşlərinə edilib. Bu mərhələdə hakim səhvləri, medal yarışlarındakından fərqli olaraq, bir o qədər də gözə çarpmır, amma dörddəbir finalda qələbə mükafat uğrunda sonrakı mərhələdə mübarizə üçün zəmanət verir.
Bir döyüşdə işləyən beş hakimdən, əksər hallarda üç nəfəri sxemin iştirakçısı olub. Yeri gəlmişkən, belə sistem bizim yunan-roma üsulu ilə yarışan Rəsul Çunayevin və Elvin Mürsəliyevin döyüşləri zamanı da tətbiq edilib.
Xüsusi aksent Xetaqa Qazyumovun gümüş medala gedən yoldakı döyüşlərinə edilib. O beş görüş keçirib və onlardan 3-də Kulmatov, Brel və Moşaffa hakimlik ediblər. Özü də sonuncu Azərbaycan pəhləvanının iştirakı ilə keçirilən dörddəbir final, yarımfinal və final görüşlərində hakimlik edib. “Aydın olur ki, Silvestri Azərbaycanın nümayəndəsi üçün finala rahat yol təşkil edib”, – amerikalılar yazırlar.
Flowrestling iddia edir ki, sxemdə yeganə uğursuzluq sərbəst güləş üzrə 57 kq-a qədər çəki kateqoriyasının dörddəbir finalında bizim Hacı Əliyevlə gürcü Vladimir Xançeqaşvilinin döyüşündə olub: “Bu döyüşdə işləmiş beş hakimdən dörd nəfəri Silvestrin sisteminə aid idi. Amma Əliyevə açıq simpatiyaya baxmayaraq, Xinçeqaşvili hər şeyi etdi ki, sonda qalib kimi məhz onun əlini qaldırsınlar”.
“Alman məmuru Antonio Silvestri, hansı ki, beynəlxalq güləş cəmiyyətinin geniş etibarını qazanaraq gəlib əsas arbitr səviyyəsinə çatmışdı, niyə qəfildən idmanın bütövlüyünü və öz reputasiyasını təhlükə altına qoyur?– sayt təəccüblə soruşur. – Əminliklə demək olar ki, Silvestri yuxarıdan təzyiqlərə məruz qalıb və onlarla razılaşıb”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun