Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib
15 Sentyabr 2016
Mətni dəyiş
Bu gün FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlanıb. Dünyanın 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 3 pillə irəliləyib. Hazırda komandamız 133-cü yerdə qərarlaşıb. DÇ-2018-in seçmə mərhələsində San Marinoya qalib gəlməsi (1:0) yığmamızın irəliləməsinə səbəb olub. Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya və Çexiya 1 pillə irəliləyib. Almanlar 3-cü, çexlər 33-cü pilləyə yüksəlib. Şimali İrlandiya 2 pillə geriləyərək 30-cu, Norveç 20 pillə geriləyərək 70-ci yerə düşüb.  San Marino isə 1 pillə geriləyib və 201-ci yerdə qərarlaşıb. İlk "onluq": 1. Argentina – 1646 2. Belçika – 1369 3. Almaniya – 1347 4. Braziliya – 1323 4. Kolumbiya – 1323 6. Çili – 1284 7. Portuqaliya – 1228 8. Fransa – 1188 9. Uruqqvay – 1173 10. Uels – 1161

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun