Azərbaycan futbolunda yeni legioner limiti gələn ildən qüvvəyə minir

Azərbaycan futbolunda yeni legioner limiti gələn ildən qüvvəyə minir
7 Sentyabr 2016
Mətni dəyiş
Futbol üzrə Azərbaycan I Divizionunda yeni legioner limiti 2017-ci il yanvarın 1-dən tətbiq ediləcək.
AFFA-dan verilən məlumata görə, qərar Peşəkar Futbol Liqasının müraciətindən sonra verilib.
Yanvaradək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il rəvəllüdlü və daha gənc təvəllüdlü) sistemi tətbiq olunacaq.
AFFA İcraiyyə Komitəsinin son iclasında isə I Divizionda heyətin 5-i 1994-cü il və sonrakı illərdə doğulanlardan, 4-ü isə yaş məhdudiyyəti olmayanlardan ibarət 9 yerli futbolçu və 2 legionerdən qurulması barədə qərar verilib. Gələn ildən məhz bu qərar qüvvəyə minəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun