Azərbaycan bankları xalis dollar satışını 16% azaldıb

Azərbaycan bankları xalis dollar satışını 16% azaldıb
11 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin iyul ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 97 785 min ABŞ dollarının xalis satışı həyata keçirilib. 
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, iyulda yenə də əhaliyə satış alış əməliyyatlarını üstələyib.
İyulda xalis satış iyun ayı ilə müqayisədə 15,5% azalma göstərib. İyul ayı ərzində dollar ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 455 430 min dollar təşkil edib. Bu, iyun ayı göstəricisindən 13,77% azdır. İyulda həyata keçirilən alış-satış əməliyyatlarının 276 608 min dolları əhaliyə satış, 178 822 min dolları isə əhalidən alış olub.
Ümumiyyətlə, bu ilin 7 ayında banklar 175 762 min dollar həcmində xalis (yəni, alışla satışın fərqi) nağd ABŞ dolları satıb. Belə ki, yeddi ayda dollar ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 3 775 813 min dollar təşkil edib. Bunun da 1 975 787,4 min dolları əhaliyə satış, 1 800 025 min dolları isə əhalidən alış olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun