Azərbaycan 22 məhbusu "İrana təhvil verir"

Azərbaycan 22 məhbusu "İrana təhvil verir"
12 Sentyabr 2016
Mətni dəyiş
İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi bildirib ki, Azərbaycandakı 22 iranlı məhbus İrana təhvil veriləcək.
Cənab Qaşqavi 22 iranlı məhbusun sentyabr ayının 12-də İrana təhvil veriləcəyini deyib.
"İranın Bakıdakı səfirliyinin cəhdləri və xaricdə yaşayan iranlılarla iş üzrə departamentin gördüyü işlər nəticəsində İran İslam Respublikası və Azərbaycan Respublikası arasında məhbusların dəyişdirilməsi razılaşmasına uyğun olaraq 22 (iranlı) məhbus Qurban bayramı günü (12 sentyabr) təhvil veriləcək," agentlik cənab Qaşqaviyə istinadən bildirib.
Xəbəri Azərbaycan hökuməti ilə dəqiqləşdirmək mümkün olmayıb.
2014-cü ilin aprel ayında da İranla Azərbaycan arasında məhbusların dəyişdirilməsi həyata keçirilib. Həmin vaxt Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri öncəsi Azərbaycan 14 iranlı məhbusu İrana təhvil verilib, əvəzində iki azərbaycanlı məhbus ölkəyə qaytarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun