Avropa İnsan Haqları Məhkəməsi Srebrenitsalı ailələrin etirazını rədd edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Srebrenitsa soyqırımında yaxınlarını itirən bosniyalı ailələrin etdiyi etirazı rədd edib.
Məhkəmə prosesində bosniyalı ailələr yaxınlarının öldürülməsi səbəbiylə Niderland əleyhinə şikayət vermiş, ancaq Hollandiyada keçirilən məhkəmədə ölənlərin yaxınları haqlı sayılmamışdı. Bundan sonra ailələr məsələni Avropa İnsan Haqları Məhkəməsində qaldırmışdı.
AİHM Hollandiya məhkəməsinin mövzuyla bağlı kifayət qədər araşdırma etdiyini əsas gətirərək etirazı rədd edib.
Avropa Məhkəməsindən verilən açıqlamada, yaxınlarının ölümündən Srebrenitsada xidmət edən BMT-yə bağlı üç hollandiyalı əsgərin məsul olduğunu müdafiə edən ailələrin etirazının “qəbul edilə bilməz” olduğu ifadə edilərkən, “Bu etiraz müraciətində edilən araşdırmalar çərçivəsində hər hansı bir cinayət ünsürünə rast gəlinməmişdir”, – deyə bəyan edilib.
Qeyd edək ki, etiraz edən ailələr 1995-ci ildə yaşanan Srebrenitsa soyqırımında itirdikləri yaxınlarının ölümündə döyüş zamanı bölgədə xidmət edən BMT sülhəramlılarını günahkar bilir.