Assange: Yaxın günlərdə Clintonla bağlı yeni məlumatlar paylaşacağıq

Assange: Yaxın günlərdə Clintonla bağlı yeni məlumatlar paylaşacağıq
8 Sentyabr 2016
Mətni dəyiş
ABŞ-ın  Demokratlar partiyasından prezidentliyə namizədi Hillary Clintonun "gizli" elektron poçtlarla əlaqədar yalan söylədiyini ifadə edən "WikiLeaks"in yaradıcısı Assange, yaxında yeni fayllar yayımlayacaqlarını açıqlayıb.
Julian Assange TV kanallarından birinə müsahibəsi zamanı Hillary Clintonun xarici işlər naziri olduğu dövrdə istifadə etdiyi fərdi serveri araşdıran "FBI"-in (Federal Təhqiqat Bürosu) gizli mənasını verən "classified" sözünün baş hərfi "C" ilə qeyd edilən fayllar tapdıqlarını bildirərək, "Clinton bunun nə anlama gəldiyini xatırlamadığını söyləyir. Ancaq hökumətdə onun mövqesində olan hər kəs və Wikileaks bilir ki, bu "gizli sənəd" mənasını verir", - deyə qeyd edib.
"Wikileaks"in Clintonla bağlı "C" imzasının istifadə edildiyi və altına imza atılan minlərlə sənədin nəşr edildiyini bildirən Assange, əlindəki nümunəni göstərərək deyib: "Clintonun yalan söyləmiş olması inanılmazdır. Bilmədiyini deyir, ancaq yalan danışır. Bizi daha çox narahat edən mövzu isə FBI rəhbəri James Comeyin də onun sözləri ilə razılaşmasıdır".
Önümüzdəki günlərdə daha çox elektron poçtun nəşrinə hazırlandığını dilə gətirən Assange çıxışını belə yekunlaşdırıb:
"İlk elektron poçt olduqca yaxın zamanda gələcək. O mövzuda olduqca rahatıq. Bəlkə də bir neçə maraq oyandırıcı reklam yayrıq. Heç bir şey haqqında söz vermək istəmirəm, çünki planlaşdırmanın necə gedəcəyinə baxacağıq. Bəlkə də reklamların bir qismini bu həftə nəşr edərik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun