Argentinada çəkisi 31 ton olan meteorit tapılıb

Argentinalı tədqiqatçılar ölkənin Çako əyalətinin cənub-qərbində meteorit tapıblar.
Alimlərin fikrincə, bu kosmik obyekt indiyədək Yerə düşmüş ən iri meteoritlərdən biridir.
Tapılmış meteoritin çəkisi 31 tondur.
Alimlərin fikrincə, bu kosmik obyekt indiyədək Yerə düşmüş ən iri meteoritlərdən biridir. Hazırda ən ağır meteorit 1920-ci ildə Afrikanın cənub-qərbində tapılmış “Hoba” sayılır. Bu göy cisminin çəkisi 60 tondur.