Alman jurnalist bir illik əsirlikdən azad edilib

Alman jurnalist bir illik əsirlikdən azad edilib
29 Sentyabr 2016
Mətni dəyiş
Suriyada girovluqda olan alman jurnalist və körpəsi sərbəst buraxılıb.
Bu haqda "Sərhədsiz Reportyorlar" insan haqlarını müdafiə təşkilatı məlumat yayıb.
Jurnalist övladı ilə birlikdə Almaniyanın Türkiyədəki konsulluğuna gətirilib. Almaniyanın Xarici İşlər Nazirliyi jurnalist və uşağının özlərini yaxşı hiss etdiyini bildirib.
Almaniyada nəşr olunan "Süddeutsche Zeitung" qəzeti və "VDR" adlı şirkətlə əməkdaşlıq edən Janina adlı jurnalist, bir il əvvəl "Ən-Nusra" təşkilatı tərəfindən girov götürülmüşdü.
Alman girovların hansısa əməliyyatla, yoxsa külli miqdarda pul qarşılığında sərbəst qaldıqları haqqında məlumat verilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun