ABŞ Rusiyaya qarşı sanksiya siyahısına daha 11 şirkəti əlavə edib

ABŞ Rusiyaya qarşı sanksiya siyahısına daha 11 şirkəti əlavə edib
7 Sentyabr 2016
Mətni dəyiş
ABŞ Ticarət Nazirliyi daha 11 rus şirkətinin sanksiya siyahısına əlavə edildiyini açıqlayıb. Nazirliyin sanksiya siyahısının genişləndirilməsi ilə bağlı açıqlamasında deyilir:
"Sənaye və Təhlükəsizlik Bürosu, 1361 nömrəli fərmana uyğun olaraq və Xarici işlər, Müdafiə, Enerji, Maliyyə Nazirlikləri ilə aparılan məsləhətləşmələr nəticəsində daha 11 şirkətə sanksiya tətbiq edilməsinə qərar verib".
Sanksiya siyahısına daxil edilən yeni şirkətlər arasında Angstrem Group, Radioexport, Mikron ilə Hong Kongda yerləşən Giovan və əsas binası Hindistanda olan Technopole kimi nəhəng şirkətlərin olduğu bildirilir.
ABŞ-ın sanksiya siyasətindəki israrını davam etdirməsi isə rəsmi Moskvanın etirazına səbəb olub.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov, "Sanksiya siyahısının genişləndirilməsi, Rusiya və ABŞ liderlərinin bazar ertəsi günkü görüşündə ələ alınan həssas sahələrdə olabiləcək əməkdaşlıq məsələləri ilə ziddiyyət təşkil edir", - deyə bildirib.
Jurnalistlərin "Rusiya sanksiyalara cavab verəcək mi?" sualına isə Peskov belə cavab verib:
"Hazırkı durumda ətraflı açıqlama verə bilmərəm, Rusiya həmişəki kimi öz prinsiplərinə sadiq qalacaq".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun