ABŞ-da iki təyyarə toqquşub

ABŞ-da iki təyyarə toqquşub
8 Sentyabr 2016
Mətni dəyiş
ABŞ-ın Georgia ştatı yaxınlarında iki kiçik təyyarənin havada toqquşması nəticəsində 3 nəfər ölüb.
Georgia ştatına aid Carrolton bölgəsində Qərbi Georgia hava limanı yaxınlarında meydana gələn qəzada Diamond DA20C1 tipli təyyarə ilə BeechF33A tipli təyyarə məlum olmayan səbəbdən havada toqquşublar.
Təyyarələrdə olan 3 nəfər həyatını itirərkən,  ABŞ Aviasiya İdarəsi qəza ilə bağlı araşdırma aparıldığı barədə məlumat yayıb.
Xatırladaq ki, ABŞ-da keçən həftə də Alyaska ştatında Cessna 208 Caravan və Piper PA-18 tipli təyyarələr havada toqquşmuş, 5 nəfər ölmüşdü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun