Aborigenlər Avstraliyaya Afrikadan köç ediblər

Aborigenlər Avstraliyaya Afrikadan köç ediblər
23 Sentyabr 2016
Mətni dəyiş
Elm adamları Avstraliyanın yerli xalqı aborigenlərin 72 min il əvvəl Afrikadan köç etdiklərini ortaya çıxarıb.
"Nature" jurnalında dərc olunan yazıda aborigenlər və Papua Yeni Qvineyalıların 72 min il əvvəl Afrikadan Avstraliya qitəsinə gəldikləri bildirilir.
Cambridge Universitetinin professoru Eske Willerslev rəhbərliyindəki Aboriginal İş Qrupu Avstraliyanın yerliləri haqqında indiyə qədər edilən ən əhatəli araşdırmanın nəticələrini açıqlayıb.
Müxtəlif yerli icmaların liderləri və yaşlılarıyla edilən əməkdaşlıqdan sonra əldə edilən nəticəyə görə Avstraliya ilə Yeni Qvineyada yaşayan Papualılar və aborigenlər Neandertal, Denisovan və soyu tükənmiş başqa bir irqin DNT izlərini daşıyır.
Araşdırma ayrıca, Papualılar və aborigenlərin 37 min il əvvəl bir-birlərindən qopduğunu ortaya qoyub. Araşdırmaçılar Avstraliyadakı Aboriginal cəmiyyətinin 90 faizini meydana gətirən Pama Nyungan dilini danışan qrupdan 83 nəfərin və 25 Papua Yeni Qvineya yerlisinin gen xəritəsini çıxarıb.
Əldə edilən məlumatlar Avstraliyada ilk məskunlaşanlardan olan aborigenlərin quraq hava şərtlərində yaşaya bilmək üçün unikal bioloji uyğunlaşma inkişaf etdirdiklərini göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun