Zabit Səmədov dünya çempionu titulu uğrunda döyüşdə qalib gəlib - VİDEO

Zabit Səmədov dünya çempionu titulu uğrunda döyüşdə qalib gəlib - VİDEO
24 Avqust 2016
Mətni dəyiş
Bu gün Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr edilmiş peşəkar kikboksinq turnirinə start verilib.
Turnir çərçivəsində "Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə üz-üzə gəlib.
Döyüş rəqibin hücumları ilə başlayıb. Əvvəlcə müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə çəkib.
Qeyd edək ki, Z.Səmədovun 120-yə yaxın azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanıb və zalda idmançımıza dəstək olub.
Döyüş Rusiyanın "Matç TV" və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun