Xalid Bağırov: "Hakimiyyət üçün heç də xoş olmayacaq"

Xalid Bağırov: "Hakimiyyət üçün heç də xoş olmayacaq"
13 Avqust 2016
Mətni dəyiş
ReAl Hərəkatının İdarə Heyətinin üzvü Xalid Bağırov Natiq Cəfərlinin həbsi ilə bağlı Abzas.net-ə açıqlama verib. O, açıqlamasında bildirib ki, gözləmədikləri bir vaxtda Natiq Cəfərlinin həbsi ilə bağlı məlumat gəlib:
"Bir onu bilirik ki, QHT-lərlə bağlı cinayət işi çərçivəsində həbs olunub. Çünki bəzi fəaliyyətlər "qanunsuz sahibkarlıq" kimi təfsir olunur. Qeyd edib ki, artıq Avropa Məhkəməsi "qanunsuz sahibkarlıqla bağlı konkret mövqeyi də var. Rəsul Cəfərovun işi ilə bağlı Avropa Məhkəməsinin qərarı var. orda konkret göstərilir ki, bu cinayət deyil, hətta haqsız yerə vergiyə görə cərimə edilib, onu da ödəyib. Hökumət yalandan qeyd edirdi ki, QHT işini bağlamışıq. Amma biz dəfələrlə vurğulayırdıq ki, həmin cinayət işini "damokl qılıncı" olaraq cəmiyyət üzərində saxlayırlar".
Bunu da oxu: Natiq Cəfərli həbs edildi (video)
ReAl-ın idarə heyətinin üzvü həbsin referendumla bağlı olub-olmaması sualına isə çox versiyaların mümkün olduğunu deyib: "Referendumla da bağlı ola bilər, ayrı bir hərəkətdən qəzəblənmə də ola bilər. Hakimiyyəti əvvəldən proqnozlaşdırmaq olmur. Tam bir irrasional hakimiyyət söhbət gedir. Kimin ağlına nə gəldisə, kimin qəzəbi necə döndüsə, o cür hərəkət edir".
Xalid Bağırov sonda qeyd edib ki, yaxın günlərdə geniş ictimaiyyətlə bir toplantı keçirəcəklər: "Amma hadisə ilə bağlı qərarımızı birazdan verib ictimaiyyətə məlumat yayacağıq. Yəqin ki, mövqeyimiz hakimiyyət üçün heç də xoş olmayacaq".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun