Venesuela prezidenti Erdoğanı nümunə göstərib

Venesuela prezidenti Erdoğanı nümunə göstərib
22 Avqust 2016
Mətni dəyiş
İqtisadi böhranın cəngində olan Venesuelada prezident Nicolas Maduro sağçıların çevrilişə cəhd ehtimalından danışıb. 
Nazirlər kabinetinin iclasında iştirak edən Venesuela prezidenti Türkiyədəki çevrilişə cəhddən də danışıb. Müxalifətçilərə yönəlik açıqlama verən solçu prezident hər hansı bir çevrilişə cəhd baş verərsə, çox sərt formada reaksiya verəcəklərini bildirib.
"Türkiyədə nələrin baş verdiyini gördünüzmü? Əgər sağçılar ölkəmdə çevrilişə cəhd etsə, onda Erdoğanın elədikləri "Bolivarçı inqilab"ın edəcəkləri ilə müqayisədə bir uşağın etdikləri kimi görünəcək. Söz olsun deyə demirəm, bunu etməyə hazıram. Amerika Dövlətləri Təşkilatının, yaxud Amerika imperiyalizminin nə deyəcəyi məni maraqlandırmır". 
BMT-nin, ABŞ-ın nə deyəcəyinə baxmayacam
"Mesajım budur: Sağçı qüvvələrin çevrilişə cəhd edəcəyi halda BMT və ya ABŞ-ın nə deyəcəyinə fikir verməyəcəm, daha əvvəl heç bir vaxt qüvvəyə minməmiş qanunları tətbiq edəcəm", - deyə Venesuela prezidenti bildirib.
Həmçinin, Nicolas Maduro Venesuela xalqının baş verə biləcək hər hansı çevrilişə cəhdin qarşısında duracağından əmin olduğunu deyib.
Venesuelada 2002-ci ildə çevrilişə cəhd baş vermiş, amma dövrün prezidenti Hugo Chavez-i devirməyi hədəfləyən cəhd uğursuz olmuşdu.
Ölkədəki iqtisadi böhran səbəbiylə çətin günlər keçirən Venesuelada müxaliflər sentyabrın 1-də paytaxt Karakasda böyük etiraz yürüşü keçirməyə hazırlaşırlar. Müxalifətin tələbi Maduronun 2019-da bitəcək 6 illik vəzifə müddətinin qısaldılması üçün referenduma getməkdir
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun