Vəkil həbsdəki REAL-çılarla görüşə bilib

Vəkil həbsdəki REAL-çılarla görüşə bilib
18 Avqust 2016
Mətni dəyiş
Avqustun 18-də vəkil Elçin Sadıqov DİN-in İnzibati qaydada həbs olunan şəxslərin saxlanılması yerində REAL üzvləri Toğrul İsmayılov və Elşən Qasımovla görüşüb.
Bu barədə vəkil Elçin Sadıqov açıqlama verib.
Vəkil bildirib ki, barələrində inzibati həbs seçildikdən sonra hər iki gənc fəal Bakı Şəhər Baş Polis İdarəsində 3 saatdan çox dindirilib, onları RP-nin Bakı Ağır Cinayətlər üzrə İdarəsinin müstəntiqi Orxan Babayev dindirib: "Suallar əsas REAL və hazırda həbsdə olan iqtisadçı Natiq Cəfərli barədə olub. Toğrul İsmayılov və Elşən Qasımov avqustun 17-də də dindiriliblər və bu dəfə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı da iştirak edib".
Vəkil deyib ki, həbsdə saxlanılan şəxslərin başqa yerə aparılması qanunvericiliyə ziddir. Elşən Qasımova ərzaq və hətta diş pastası keçirməyə də imkan verilməyib. Eyni zamanda, indiyə qədər gənclərə ailələriylə əlaqə saxlamaq imkanı da verilmir.
E.Sadıqov apellyasiya şikayəti verdiyini və onların qanunsuz olaraq Bakı Şəhər Baş Polis İdarəsinə etap olunması barədə müvafiq qurumlara şikayət göndərəcəklərini bildirib: "Ümumiyyətlə, hər iki gəncin həbsi qanunsuzdur. Həm də onların 9-cu polis bölməsinin həyətində saxlanılması da qanunsuzdur, çünki orda saxlannılmaq üçün şərait yoxdur".
Avqustun 15-də metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılan Toğrul İsmayılov və Elşən Qasımov 1 gün sonra İnzibati Xətalar Məcəlləsinin 535.1, polisə tabe olmamaqda ittihamı ilə 7 sutka azadflıqdan məhrum olunublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun