Vəkil: "Gənclərlə bağlı istintaq hərəkəti başlanır"

Vəkil: "Gənclərlə bağlı istintaq hərəkəti başlanır"
13 Avqust 2016
Mətni dəyiş
“Avqustun 12-də Kürdəxanı istintaq təcridxanasında Bayram Məmmədov və Qiyas İbrahimovla görüşdüm, səhhətləri nomaldır”, - gənclərin vəkili Elçin Sadıxov Turan-a bildirib.
Onun sözlərinə görə, müstəntiq gələn həftədən istintaq hərəkətlərinə başlanacağını bildirib: “İstintaq hərəkətləri dedikdə B. Məmmədov və Q.İbrahimovun hal şahidləri və əməliyyatçılarla üzləşdirmələri nəzərdə tutulur. Bundan sonra yəqin ki istintaq bitmiş sayıla bilər”.
E.Sadıxov Q.İbrahimovun valideynlərilə görüşünə ad günündə, yəni avqustun 3-də icazə verildiyini deyib. Amma mayın 10-dan bu yana həbsdə olan B.Məmmədova valideynlərilə bir dəfə də olsun görüş verilməyib.
Vəkil dəfələrlə vəsatət qaldırsa da işgəncə faktlarının araşdırılmadığını söyləyib. Onun sözlərinə görə, işgəncə ilə bağlı gənclərin barəsində həbs qətimkan tədbiri seçən Xətai Rayon Məhkəməsində açıqlama veriblər. Hakim bu işgəncə hallarının araşdrılması haqda qərar çıxarıb. Vəkil deyir ki,  buna baxmayaraq, Bakı Şəhər Prokuroluğu bu faktları araşdırmaqdan imtina edib, kamera görüntülərini gizlədib. “Amma buna baxmayaraq, bunu indi də sübut etmək olar, xəsarətlər  görünməsə də ləkə şəklində izləri hələ də qalır”, -vəkil bildirib.
Xatırladaq ki, B.Məmmədov və Q.İbrahimov 2-16-cı il mayın 10-u axşamdan yoxa çıxıblar. Yalnız mayın 12-də Nərimanov Rayon Polis İdarəsi yanında müvəqqəti saxlanma yerində saxlandıqarı məlum olub. Elə həmin gün B.Məmmədov və Q.İbrahimov Xətai Rayon Məhkəməsinə aparılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra Daxili İşlər Nazirliyi gəcnlərin yaşadıqları mənzillərdən 1 kq.-dan çox heroin tapıldığı barədə məlumat yayıb.
Amma gənclərin həbsinə səbəb kimi keçmiş prezident Heydər Əliyevin Milli Bankla üz-üzə olan heykəli üzərinə “Qul bayramınız mübarək!” şüarını yazmaları göstərilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun