Vəkili həbsdə olan müxalifətçi ilə görüşə buraxmırlar

Vəkili həbsdə olan müxalifətçi ilə görüşə buraxmırlar
2 Avqust 2016
Mətni dəyiş
AXCP Sumqayıt Gənclər Təşkilatının sədri Ruslan Qarayevin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayevin müvəkkili ilə görüşməsinə yenə icazə verilməyib.
Vəkil bildirib ki, iyulun 30-da o, saatlarla Sumqayıt Polis İdarəsinin binası qarşısında dayanmaq məcburiyyətində qalıb.
"Bununla artıq dördüncü dəfədir ki, Ruslan Qarayevlə görüşməyimə icazə vermirlər. Sonuncu dəfə iyulun 25-də onunla görüşməyimə icazə veriblər. Amma vəkilin müvəkkili ilə görüşü üçün rəsmi icazə lazım deyil. 102 xidmətinə də, ombudsman aparatına da zəng etmişəm, amma hamısı nəticəsiz qalıb", deyə vəkil bildirib. O qeyd edib ki, zəruri tədbirləri görmək məcburiyyətindədir.
Öz növbəsində, DİN-dən bu məsələ ilə bağlı şərh verməkdən yayınırlar, yalnız məsələyə baxılacağını bildirirlər.  Ombudsman aparatından da eyni cavab verilib.
Ruslan Qarayev iyulun 20-də saxlanılıb və 20 gün inzibati həbs cəzasına məhkum edilib. AXCP rəhbərliyi Qarayevin həbsinin sifarişli xarakterli olduğundan əmindir.
Hazırda 10-dan çox AXCP üzvü həbsdədir. Buna baxmayaraq, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olmadığını iddia edirlər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun