Üsyançılar və sakinlər Suriyanın 4 il mühasirədə qalmış şəhərini boşaldır

Üsyançılar və sakinlər Suriyanın 4 il mühasirədə qalmış şəhərini boşaldır
27 Avqust 2016
Mətni dəyiş
Hökumətin dörd il davam etmiş mühasirəsinin ardından dinc sakinlər və üsyançı qüvvələr Suriyanın Darayya şəhərini tərk etməyə başlayıblar.
Paytaxt Dəməşq yaxınlığında yerləşən qəsəbəni tərk etmiş ilk avtobusları təcili yardım maşınları və Qızıl Xaç avtomobilləri müşayiət edib.
Üsyançıların İdlib şəhərinə, sakinlərin isə hökumətin təmin etdiyi sığınacaqlara yola düşəcəyi gözlənilir.
Suriya ordusu Darayyanı 2012-ci ildə mühasirəyə alıb və yerli sakinlər yalnız bu ilin iyun ayında tədarüklə təmin olunublar.
Suriya dövlət mediası bildirir ki, razılaşmaya görə 700 silahlı şəxs və 4000 dinc sakin köçürüləcək.
Qəsəbədən çıxan ilk avtobusda əsasən uşaqlar, qadınlar və yaşlı insanlar olub, AFP xəbər agentliyi bildirir.
BMT xüsusi nümayəndəsi Staffan de Misturanın ofisindən bildirilib ki, "Darayya sakinlərinin müdafiəsi və evakuasiyanın könüllü həyata keçirilməsi vacibdir".
Bəyanatda deyilir ki, BMT-ə evakuasiya planı ilə bağlı müraciət olunmayıb, lakin əlavə olunur ki, "dünya hadisələri izləyir".
Dörd il mühasirədə qalmış Darayya sakinləri davamlı bombardman və ərzaq, su və elektrik enerjisi qıtlığından əziyyət çəkiblər.
Darayya, Suriyya hökumətinə qarşı ilk etirazların məkanıdır, hansı ki, daha sonra vətəndaş müharibəsinə çevrildi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun