UEFA Superkubokunun yeni sahibi məlum olub - VİDEO

UEFA Superkubokunun yeni sahibi məlum olub - VİDEO
10 Avqust 2016
Mətni dəyiş
Dünən UEFA superkubokunun qalibini müəyyənləşdirmək üçün Norveçdə "Real Madrid" və "Sevilla" komandaları üz-üzə gəlib.
Görüşün əvvəlində üstün futbol nümayiş etdirən Madrid təmsilçisi hesabı açsa da, ardıcıl 3 dəfə UEFA kubokunu qazanan "Sevilla" sonradan 2 qol vuraraq hesabda önə keçib.
"Real Madrid"in son illərdə qəhrəmanı halına gələn və 90-cı dəqiqədə vurduğu qollarla məşhurlaşan kapitan Sergio Ramos hesabı bərabərləşdirib: 2-2. Əlavə vaxtda isə qırmızılar meydanda 10 nəfər qalıb və bundan istifadə edən "Real" qələbə qolunu vuraraq, növbəti dəfə UEFA superkubokunu muzeyinə aparıb.
Qeyd edək ki, Madrid təmsilçisinin iki əsas ulduzu Cristiano Ronaldo və Gareth Bale zədə səbəbilə matçda komandalarına kömək edə bilməyiblər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun