Turqut Qəmbər: "Həbs edəcəkləri ilə hədələdilər"

Turqut Qəmbər: "Həbs edəcəkləri ilə hədələdilər"
18 Avqust 2016
Mətni dəyiş
Səhər saatlarında Bakı Apellyasiya Məhkəməsinin qarşısında polislər tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılan Turqut Qəmbər baş verənləri və saxlanılmasının səbəbini açıqlayıb:
"Elgizin məhkəməsinin keçiriləcəyi Apellyasiya Məhkəməsinin qarşısına 5-10 dəqiqə idi gəlmişdim, mülki geyimlilər yaxınlaşıb Bakı Şəhər Baş Polis İdarəsinə dəvət elədilər. Vəkil Nemət Kərimli də Elgizin prosesi üçün orada idi. Nemət bəy mənimlə gəlmək istəyərkən polis əməkdaşları buna imkan vermədilər". 
Turqut Qəmbər idarədə əsas sualların Elgiz Qəhrəmanla bağlı olduğunu, onu niyə müdafiə etdiyini soruşduqlarını bildirib.
"Sual verdilər ki, niyə dövlət əleyhinə çağırışlar edirəm, mən də cavabımda bildirdim ki, dövlət əleyhinə heç bir çağırış etməmişəm, sadəcə Elgizin həbsinin qanunsuz olduğunu və ittihamların əsassız olduğunu ifadə etmişəm. Nida və fəaliyyəti ilə bağlı da suallar verdilər. Ümumiyyətlə, psixoloji basqı qurmağa çalışırdılar. Əgər fəaliyyətimi davam eləsəm məni də həbs edəcəkləri ilə təhdid etdilər. Sonda isə izahat alıb buraxdılar" - deyə Turqut Qəmbər bildirib.
Xatırladaq ki, 12 avqust tarixində mülki geyimlilər tərəfindən oğurlanaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılan və haqqında 4 ay həbs qətimkan tədbiri seçilən Elgiz Qəhrəmanın apellyasiya şikayətinə bu gün saat 11:30-da Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti əsaslı saymayaraq rədd edib və həbs qərarı qüvvədə saxlanılıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun