Türkiyədə polisə hücum edilib - 5 nəfər ölüb (Video)

Türkiyədə polisə hücum edilib - 5 nəfər ölüb (Video)
2 Avqust 2016
Mətni dəyiş
Türkiyənin Bingöl vilayətində şəhər mərkəzindən 15 kilometr aralıda aeroport yolunda güclü partlayış baş verib. Bingöl valisi Yavuz Selim Köşgerin hadisə yerindən verdiyi açıqlamalara görə yolda quraşdırılan bomba zirehli polis avtomobilinin həmin bölgədən keçdiyi zaman partladılıb.
Köşger bildirib ki, hadisə zamanı 5 polis şəhid olub, 4 polis isə yaralanıb.
Yerli vaxtla saat 17:45-də meydana gələn olay nəticəsində yaralanan polislər xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, partlayışın PKK terror təşkilatı tərəfindən törədildiyi təxmin edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun