Türkiyə prezidentinin səlahiyyətləri artırılıb

Türkiyə prezidentinin səlahiyyətləri artırılıb
17 Avqust 2016
Mətni dəyiş
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yeni səlahiyyətlər verilib.
Bundan sonra Türkiyə prezidenti Silahlı Qüvvələr Baş Qərargahına rəis təyin etmək hüququna sahib olacaq. Xatırladaq ki, daha əvvəl Silahlı Qüvvələr Baş Qərargahına rəis Ali Hərbi Şurada səsvermə yolu ilə seçilirdi və həmin şəxs bu vəzifədə 4 il müddətində çalışırdı.
Hazırda Türkiyə Silahlı Qüvvələr Baş Qərargahının rəisi vəzifəsini Hulusi Akar daşıyır.
Qeyd edək ki, Türkiyədə 15 iyul tarixində baş vermiş hərbi çevrilişə cəhdin ardından hərbi sahədə bir sıra islahatlar aparılmasına başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun