Türkiyə ordusu Suriyaya girir, həmsərhəd rayonunun əhalisi təxliyə edilir - fotolar

Türkiyə ordusu Suriyaya girir, həmsərhəd rayonunun əhalisi təxliyə edilir - fotolar
24 Avqust 2016
Mətni dəyiş
Türkiyə hakimiyyəti Suriya ilə həmsərhəd Gaziantep əyalətinin Karakamış rayonunun əhalisini təxliyə edir.
Polis bölgə əhalisini rayonu tərk etməyə çağırıb. İnsanların təhlükəsizliyini qısa müddətdə təmin edib, onları şəhərdən uzaqlaşdırmaq üçün avtobuslar cəlb olunub.
Yerli vaxtla 04.00-da Türkiyə ordusunun Suriyaya girdiyi bildirilir.
Hələb şəhərinə bağlı olan Cerablus bölgəsinin İŞİD qüvvələrindən təmizlənməsi üçün həyata keçirilməsi planlaşdırılan əməliyyat üçün əlavə dəstək qüvvələri cəlb edilib.
Qeyd edək ki, daha əvvəl İŞİD tərəfindən Karakamış rayonu Suriyanın şimalındakı Cerablus bölgəsindən atəşə tutulub. Türk Silahlı Qüvvələri terroristlərin mövqelərinə raket və top zərbələri ilə cavab verib.
57bcb305c03c0e193c68766a 57bcb305c03c0e193c687668

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun