Türkiyə ipoteka kreditlərinin faizini azaldır

Türkiyə ipoteka kreditlərinin faizini azaldır
7 Avqust 2016
Mətni dəyiş
Türkiyənin Bankların Fəaliyyətinə Nəzarət Şurasında (BDDK) ölkənin bank rəhbərləri ilə görüş keçirilib. “Report”un məlumatına görə, bankirlərin bir araya gətirilməsinə səbəb prezident Rəcəb Tayyib Ərdoğanın ölkə banklarına ipoteka kreditlərinin illik faiz dərəcəsini 9%-ə endirməklə bağlı tövsiyəsidir.
Görüşdə BDDK-nın rəhbəri Mehmet Ali Akben bank sahiblərinə müraciət edərək, onları nəinki ipoteka, digər kreditləri də ucuzlaşdırmağa çağırıb: "Bu, bütün banklar üçün faydalı olacaq. Tədricən xarici banklar da faizləri azaldacaq".
Bank rəhbərləri ucuzlaşma ilə bağlı təklifə müsbət yanaşıblar və bu istiqamətdə iş aparacaqlarını deyiblər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun