"Türk Hava Yolları" şirkətinə Lənkəran şəhərinə aviareys açmaq üçün icazə verilib

"Türk Hava Yolları" şirkətinə Lənkəran şəhərinə aviareys açmaq üçün icazə verilib
22 Avqust 2016
Mətni dəyiş
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası "Türk Hava Yolları" (THY)  şirkətinə Lənkəran şəhərinə aviareys açmaq üçün icazə verib.
Administrasiyadan məlumat veriblər ki, THY müvafiq xahişlə bir neçə dəfə müraciət edib: "Sonuncu belə müraciət yayın əvvəlində olub".
İstanbuldan Lənkərana aviareysin açılması tarixinə gəlincə, administrasiyadan qeyd ediblər ki, THY uçuşların başlama vaxtını özü seçəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun