Şoyqu Bakıya niyə gəlib? - analitika

Şoyqu Bakıya niyə gəlib? - analitika
16 Avqust 2016
Mətni dəyiş
Hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və Dağlıq Qarabağ: Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıda müzakirə etdiyi mövzular bunlardır. Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə Zvezdatv.ru saytına bildirib.
Danışıqların detalları açıqlanmır, lakin Turanın ekspertləri bu fikirdədilər ki, ilk növbədə hazırda regional təhlükəsizlik məsələsinin müzakirəsi Suriya ilə bağlı Rusiyanın gələcək addımlarının razılaşdırılması deməkdir.
Son vaxtlar Rusiyanın uzaq strateji aviasiyası Suriyada İŞİD-in mövqelərini bir neçə dəfə bombalayıb. Lakin bu təyyarələr Su-24, MiQ-29 və Su-27 kimi Hyeymim aviabazasında yerləşmir.
Bu o deməkdir ki, təyyarələr RF ərazisinə qalxır, Suriyaya uçur, bombalayr və geri qayıdır. İndiyədək RF Müdafiə Nazirliyi bu strateji bombardmançıların uçuş marşrutu, həmçinin hansı aerodromdan uçmaları  barədə məlumat verməyib.
Sirr deyil ki, yaxın aerodrom Həştərxan vilayətində yerləşir və xəritəyə baxsaq asanlıqla görərik ki, oradan Suriyaya iki yol var: Xəzər vasitəsilə İran və İraqdan və ya  Gürcüstan, Qara dəniz və Türkiyə vasitəsilə.
Tbilisi və Ankara ilə münasibətlərin olmaması, həm də NATO-nun Türkiyəyə üzvlüyü ilə əlaqədar ikinci variant bu günə qədər mümküm olmayıb. Hətta son günlər münasibətlər normallaşsa belə  bu marşrut real deyil.
Birinci marşrut üzrə uçuş da İraq səmasına nəzarət edən ABŞ ilə razılaşma tələb edir. Lakin Vaşinqton və Moskva dəfələrlə bəyan ediblər ki, Rusiya öz aviasiyasının uçuşlarını Vaşinqtonla razılaşdırır.
Nəzərə alcaq ki, müharibə davam edir və nə qədər  çəkəcəyi məlum deyil, Moskva Bakıdan  zərurət yaranarsa öz hərbi aerodramlarını qəza enişləri və yanacaq doldurmaq üçün verməyi xahiş edə bilər. Həm də bu, uçuşların azaldılmasına imkan verər.
Şoyqunun müzakirə etdiyi digər məsələlərdən biri də ötən il gözlənilmədən ortaya çıxan məsələ ola bilər. O zaman da Zvezdatv.ru gözlənilmədən bildirmişdi ki, Bakı və Moskva bağlanmış və köhnəlmiş Qəbələ RLS-in əvəzində yeni RLS yaradılmasını müzakirə edirlər.
Görüş iştirakçılarının səviyyəsi də bu müzakirələrin nə dərəcədə mühüm və strateji olduğunu ortaya qoyur. Çünki RF müdafiə naziri xaricə elə-belə, boş yerə getmir.
Bundan əlavə, bu ərəfədə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvaya gedib.
Zvezdatv.ru qeyd edir ki, Sergey Şoyqu və İlham Əliyev ayrılıqda Qarabağ nizamlanmasını da müzakirə ediblər. Bu, iki məsələdən xəbər verə bilər:
Münaqişə zonasında sülhməramlıların mümkün yerləşdirilməsi və hərbi əməliyyatların mümkünlüyü. Yəni, söhbət Qarabağ ətrafında beş rayonun taleyindən gedə bilər, belə ki, bu məsələ hazırda çox ciddi müzakirə olunur.
Nəhayət, sonuncu məsələ hərbi-texniki əməkdaşlıqdır. İndiyədək bu mövzu ilə baş nazirin müavini Dmitri Roqozin məşğul olsa da Şoyqunun iştirakı yaxınlaşma və iki ölkə arasında hərbi əməkdaşlıq amilini gücləndirə bilər.
Daha bir mövzu da var ki, bu gün fantastik görünə bilər, ancaq istisna edilə bilməz.
Rusiya, İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, eləcə də Moskva və Ankara arasında münasibətlərin normallaşması tərəfləri ümumi düşmənə - İŞİD-ə qarşı hansısa hərbi ittifaqın yaradılmasına yönəldə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun