"Sovetski"də söküntü genişlənir

"Sovetski"də söküntü genişlənir
9 Avqust 2016
Mətni dəyiş
Keçmiş “Sovetski” küçəsinin aşağısındakı köhnə tikililərdən ibarət məhəllələr 80% sökülüb. 20 hektardan çox sahədə hasarlanmış ərazi yaradılır, tezliklə burada ərazinin rekonstruksiyası üzrə işlər aparılacaq.
Hazırda inşaatçılar 150 km. uzunluğunda yeni yol çəkirlər. Bu yol Dram Teatrının binasından şəhərin yuxarı hissəsinə gedəcək.
Eyni zamanda köhnə küçələrin genişləndirilməsi işləri aparılır, onların hər biri 5-10 m. genişləndiriləcək. Bunlar B.Məcidov, A.Şaiq, H.Nərimanov (keçmiş “Sovetski”), M.Əliyev, Füzuli küçələridir.
İnşaatçılar hasarlanmış ərazidə nə tikiləcəyini açıqlamırlar. Lakin ilkin olaraq planlaşdırılıb ki, burada paytaxtın böyük istirahət zonalarından biri yerləşəcək. Burada park, sağlamlıq mərkəzləri, idman meydançaları, restoran və kafe olacaq.
Həmçinin “Sovetski” küçəsi boyunca bir neçə hündürmərtəbəli bina tikiləcək.
Tədricən söküntü zonası Təzə Pir məscidi və “Nizami” metro stansiyası tərəfə genişlənəcək. Bundan sonra “Sovetski” küçəsinin yuxarı hissəsinin sökülməsinə başlanılacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun