Siyasi məhbus Elvin Abdullayevin doğum günüdür

Siyasi məhbus Elvin Abdullayevin doğum günüdür
27 Avqust 2016
Mətni dəyiş
Bu gün siyasi məhbus, AXCP GK üzvü Elvin Abdullayevin doğum günüdür. O, 23-cü doğum gününü həbsxanada keçirir.
 AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev 1993-cü avqust ayının 27-də Sumqayıtda anadan olub. 2001-ci ildə 249 nömrəli orta məktəbə gedib. 2010-cu ildə orta məktəbi bitirib və Azərbaycan Maaliyə İqtisad kollecinin Bank işi fakultəsinə daxil olub.
2013-cu ildə kolleci bitirib Azərbaycan Pedoqoji Universitetin tarix fakultəsinə qəbul olub. İkinci kurs tələbəsi olan Elvin Abdullayev "facebook"da hökuməti tənqid edən statuslarına görə 2015-ci ilin yanvar ayının 8-də siyasi sifarişlə həbs olunub.
Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik satışı) maddəsilə ittiham olunan gənc fəal iyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Elvin Abdullayev məhkəmədə son sözündə deyib:
“Bu mənim son sözüm deyil. Son söz tanrı dərgahındadır. Mən xoşbəxtəm, mən qalibəm. Bu mənim diktator üzərində qələbəmdir, çünki siyasi məhbusam. Bu ədalətsizliklərin hesabı sorulacaq. Mən heç nəyə görə peşman deyiləm. Çünki cinayət törətməmişəm. Əsl cinayətkarlar oturub vəzifələrdə".
Xatırladaq ki, Elvin Abdullayev 2015-ci ilin iyunun 1-i Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik satışı) maddəsilə ittiham olunan gənc fəal iyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. 2016-cı ilin oyun ayının 22-sində E. Abdullayevin kasassiya şikayətinə baxan məhkəmə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərarı dəyişib.
Qərara əsasən, E. Abdullayevin ittiham olunduğu 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Onun cəzası 6 ildən 2 il 6 aya endirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun