Seymur Həzi ilə Nigar Yaqublunun nikahı baş tutdu

Seymur Həzi ilə Nigar Yaqublunun nikahı baş tutdu
2 Avqust 2016
Mətni dəyiş
"Azadlıq" qəzetinin yazarı, Azərbaycan Saatı verilişinin aparıcısı, vicdan məhbusu Seymur Həzi ilə keçmiş siyasi məhbus, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun nikahı bu gün Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutub. Nikahı Xəzər rayon qeydiyyat şöbəsinin rəisi Nailə Əhmədzadə kəsib. Nigar Yaqublu Seymur Həzinin soyadını qəbul edib.
Xatırladaq ki, Seymur Həzi və Nigar Yaqublunun nikahı 1 avqustda olmalı idi. Deyilən vaxtda Nigar Yaqublu və yaxınları Bakıxanov rayonunda yerləşən ASAN Xidmətə gəlsələr də, nikah baş tutmayıb. Nigar Yaqublu MeydanTV-yə açıqlamasında deyib ki, ASAN Xidmət nikaha maneə yaradır və Ədliyyə Nazirliyindən belə bir göstəriş gəldiyini bildirir.
seymur həzi
Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib.O, xuliqanlıqda ittiham olunur. Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” verilişində həm aparıcı,həm də redaktor kimi fəaliyyət göstərdiyinə görə həbs olunduğunu bildirib.
“Amnesty İnternational” təşkilatı da Seymur Həzini “vicdan məhbusu” kimi tanıyıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun