Şəhidin məzarı üzərindən yığışdırılan bayraq qaytarılıb (foto-video)

Şəhidin məzarı üzərindən yığışdırılan bayraq qaytarılıb (foto-video)
23 Avqust 2016
Mətni dəyiş
Zərdabda aprel döyüşlərində şəhid olan Nurlan Abdullazadənin məzarı üzərindən asılan bayrağı sökdürən icra başçısı Lütvəli Babayev dövlət bayrağının yenidən şəhidin qəbri üstündə dalğalandığını bildirib.
Bu barədə bloqqer Mehman Hüseynov sosial şəbəkədə açıqlama yayıb: "Zərdab Rayon İcra Hakimiyyətindən mənə bildiriblər ki, dövlət bayrağı şəhidin məzarın üstündə dalğalanır və şəhid ailəsinə lazım olan köməkliyi etmişik, hər zaman da edəcəyik".
Bloqqer bildirib ki, nəhayət icra başçısının ağlı başına gəldi: "Zərdaba getdim əmin oldum ki düz danışır, bayraq artıq dalğalanır, şəhid ailəsi ilə də görüşdük, danışdıq, onlara əlavə nə köməklik lazımıydısa, bacardığımız qədər yardım etdik və rahatca qeri, Bakıya döndük".
Qeyd edək ki, Lütvəli Babayevin göstərişi ilə Zərdab rayon Dəkkə kəndində 6 aprel tarixində şəhid olan Nurlan Abdullazadənin qəbrinə hücum olub. Atasının qəbirin yanında öz hesabına hazırlatdığı dövlət bayrağı dirəkdən endirilib. İcra Hakimiyyəti əməkdaşları bayrağı şəhid atası Rasim Abdullayevin üstünə ataraq "Bunu buradan götür" deyiblər.
Lütvəli Babayevin aprelin 6-da şəhid olan Nurlan Abdullazadənin məzarı üzərində asılan bayrağı sökdürməsi mediada və sosial şəbəkələrdə ictimai qınaqla qarşılanmış və şəhidlərə qarşı hörmətsizlik kimi qiymətləndirilmişdi. (Ardı aşağıda)
mehman hüseynov
İcra başçısı şəhidin valideynlərinin narazılığına "Daha nə istəyirlər? Nə lazımdırsa, o ailə üçün edilib. Amma gedib hay-küy salırlar" deyərək cavab vermişdi.
Hadisədən bir gün sonra isə rayon Əlillər Cəmiyyətinin sədri Neman Yediyarov və rayon Polis İdarəsinin rəis müavini ilə şəhid ailəsinin yaşadığı ünvana yollanıb. Onlar Nurlan Abdullazadənin valideynlərinə qəbirstanlıqdakı bayrağı bir daha oraya asmamağı və qəbirstanlığın girişində Nurlanın şəklini əks etdirən plakatı sökməyi tapşırıb.
[video width="1280" height="720" mp4="http://abzas.net/wp-content/uploads/2016/08/13778044_1763333837256248_379302718_n-1.mp4"][/video]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun