Rusiya və Fransa XİN rəhbərləri Dağlıq Qarabağ haqqında müzakirə ediblər

Rusiya və Fransa XİN rəhbərləri Dağlıq Qarabağ haqqında müzakirə ediblər
12 Avqust 2016
Mətni dəyiş
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jean-Marc Ayrault arasında telefon danışığı olub.
Nazirlər telefon danışığı ərzində Suriyadakı böhranı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
“Suriya mövzusu və Dağlıq Qarabağ nizamlanmasındakı vəziyyətə dair fikir mübadiləsi aparılıb”, - deyə nazirliyin yaydığı bəyanatda qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun