Rusiya Türkiyəyə çarter uçuşlarını bərpa edir

Rusiya Federasiyası Türkiyəyə çarter uçuşlarına qoyulan məhdudiyyətlərin ləğvi haqda qərar layihəsini hökumətə təqdim edib.
Baş nazirin mətbuat katibi Natalya Timakova mövzu ilə bağlı sualları cavablandıraraq deyib ki, qərar layihəsi qəbul edilmə ərəfəsindədir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən çarter reyslərinin bərpası məsələsinin bir neçə müddət uzayacağı bildirilsə də, turizm agentlikləri ən gec iki gün ərzində uçuşların tam bərpa olunacağını açıqlayıb.