Rusiya təyyarələri Suriyada İŞİD mövqelərini bombardman edib

Rusiya təyyarələri Suriyada İŞİD mövqelərini bombardman edib
16 Avqust 2016
Mətni dəyiş
Rusiya Müdafiə Nazirliyi İranda yerləşən Həmədan hava bazasından qalxan Tu-22M3 və Su-34 tipli təyyarələrinin Suriyada İŞİD mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.
Məlumatda qeyd edilir ki, aerodromdan havaya qalxan təyyarələr Hələb, İdlib, Deyr-əz-Zor vilayətlərində yerləşən İŞİD və “Əl-Nüsra”nın mövqelərinə dayanmadan zərbələr endirib.
Terrorçuların təlim məntəqələrini və silah anbarlarını darmadağın etdikdən sonra rus təyyarələri İrandakı bazaya qayıdıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun