REAL-ın iki üzvünə 7 sutka inzibati həbs verilib

REAL-ın iki üzvünə 7 sutka inzibati həbs verilib
16 Avqust 2016
Mətni dəyiş
Avqustun 16-da Səbail rayon Məhkəməsində REAL Hərəkatının üzvləri – Toğrul İsmayılov və Elşən Qasımovun məhkəməsi keçirilib.
REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib ki, gənclərin hər biri 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
T. İsmayılov hərəkatın Nəsimi və Səbail məclislərinin sədri, T. Qasımov isə Binəqədi rayon məclisinin sədr müavinidir.
REAL hərəkatının İdarə Heyətinin üzvü Rəsul Cəfərov saxlananların yaxınlarına istinadən bildirib ki, E. Qasımovla Toğrul İsmayılovu avqustun 15-də metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlayıblar. Gəncləri saxlayan şəxslər mülki geyimdə olublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun