"ReAl-ın bütün siyasi risk və məsuliyyətini İdarə Heyəti daşıyır"

"ReAl-ın bütün siyasi risk və məsuliyyətini İdarə Heyəti daşıyır"
16 Avqust 2016
Mətni dəyiş
"Toğrul İsmayılov və Elşən Qasımov ReAl'ın həbsdə olan sədri İlqar Məmmədov'la bağlı çapdan yenicə çıxmış təşviqat materiallarını (flayerləri) götürməyə gedərkən küçədə tutulublar. Onların haraya aparıldığını öyrənməyə çalışsaq da, yerlərini bilmək mümkün olmadı".
Respublikaçı Alternativin bəyanatında belə deyilir.
"15 avqust 2016-ci il tarixdə ReAl-ın Səbail-Nəsimi Məclisinin başqanı Toğrul İsmayılov və Binəqədi Məclisinin başqan müavini Elşən Qasımov Bakı şəhəri Səbail rayonunun ərazisində naməlum şəxslər tərəfindən saxlanılıb və bilinməyən istiqamətə aparılıblar" -  deyə sənəddə vurğulanır.
Hərəkatın bəyanatında deyilir edir ki, Səbail və Nərimanov rayon Polis İdarələrinə, Bakı Şəhəri Baş Polis İdarəsinə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Səbail və Nəsimi rayon məhkəmələrinə baş vurulsa da, heç yerdə Toğrul İsmayılovun və Elşən Qasımovun saxlandığı yeri öyrənə bilməyiblər.
ReAl İdarə Heyəti hesab edir ki, bu hal insan oğurluğudur və hərəkatında siyasi mövqeyinə, fəaliyyətinə qarşı yönəlmiş növbəti qanunsuz basqıdır:
"ReAl İdarə Heyəti bəyan edir ki, heç bir basqı təşkilatımızı tutduğu yoldan döndərə bilməz. Eyni zamanda, ReAl İdarə Heyəti bildirir ki, ReAl-ın bütün siyasi risklərini və onlarla bağlı məsuliyyəti ancaq və ancaq İdarə Heyəti daşıyır. ReAl İdarə Heyəti bütün üzvlərinin nəzərinə bir daha çatdırır ki, onların heç biri öz şəxsi həyatını, sağlamlığını və azadlığını ReAl-a görə qurban verməyə borclu deyil".
ReAl üzvlərinin də nəzərinə çatdırır ki, qanunsuz basqılar və hədələr qarşısında təşkilatın rəhbərliyinə qarşı onlardan tələb olunan hər bir ifadəni verə bilərlər:
"ReAl İdarə Heyəti üçün ReAl üzvlərinin şəxsi təhlükəsizliyi hər zaman yüksək önəm daşıyıb və bundan sonra da daşıyacaq".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun