Rəsmi açıqlama: “Zəlzələ nəticəsində 120 nəfər ölüb, 368 nəfər xəsarət alıb”

Rəsmi açıqlama: “Zəlzələ nəticəsində 120 nəfər ölüb, 368 nəfər xəsarət alıb”
25 Avqust 2016
Mətni dəyiş
İtaliyada baş verən zəlzələ qurbanlarının sayı 120 nəfərə çatıb.
Bu barədə təbii fəlakət zonasına baş çəkən İtaliyanın baş naziri Matteo Renzi məlumat verib.
Onun sözlərinə görə, yeraltı təkanların episentri dörd kilometr dərinlikdə Rieti əyalətinə bağlı Accumoli şəhərində olub.
Baş nazirin sözlərinə görə dağıntılar altında qalan 368 nəfər xəsarət alıb.
Qeyd edək ki, çoxsaylı insanın ölümü ilə bağlı olaraq İtaliyada milli matəm günü elan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun