Qiyas İbrahimovun işinə baxacaq hakim bəlli olub

Qiyas İbrahimovun işinə baxacaq hakim bəlli olub
31 Avqust 2016
Mətni dəyiş
Həbs olunan nidaçı siyasi məhbus Qiyas İbrahimovun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilib. İşə adı çəkilən məhkəmənin hakimi Ənvər Seyidovun rəhbərliyi ilə baxılacağı bildirilib. 
Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun adı bir neçə məhşur siyasi işlərdə də keçib. "Səid Dadaşbəylinin dəstəsi" işinə də Ənvər Seyidov rəhbərlik edib. Bundan əlavə Eldar Mahmudov istefaya göndəriləndən sonra Ə.Seyidovun adı dəfələrlə mətbuatda MTN-nin sifarişlərini yerinə yetirən hakim kimi keçib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bayram Məmmədov və Qiyas İbrahimovun işlərinə ayrılıqda baxılacaq.
Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində "Qul bayramınız mübarək!", ön tərəfdə isə "F... the system!" sözləri yazılmışdı.
Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun