Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəmə prosesi keçirilib

Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəmə prosesi keçirilib
23 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri olmuş Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib.
Vəkil Əfqan Məmmədovun verdiyi məlumata əsasən, proses zamanı şahidlərin dindirilməsi davam edib. Prosesdə İslam Partiyasının sabiq sədr əvəzi Elçin Manafov ifadə verib.
Məhkəmə prosesi avqustun 30-da davam etdiriləcək.
E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun