“Qəbələ” və "Qarabağ" qrup mərhələsinin bir addımlığında

“Qəbələ” və "Qarabağ" qrup mərhələsinin bir addımlığında
25 Avqust 2016
Mətni dəyiş
Bu gün Avropa Liqasında play-off mərhələsinə yekun vurulacaq.
Azərbaycanı bu turnirdə "Qarabağ" ilə birgə təmsil edən “Qəbələ” cavab matçına çıxacaq.
Roman Qriqorçukun yetirmələri növbəti dəfə tarix yaza bilər. "Qırmızı-qaralar" Dalğa Arena'da 3-1 hesabı ilə məğlub etdiyi "Maribor" ilə Sloveniyada qarşılaşacaq.
Bir çox futbol mütəxəssisi tərəfindən favorit göstərilən "Qəbələ" qələbə qazanmaqla ardıcıl ikinci il qrup mərhələsində çıxış edə bilər.
Avropa Liqasında iştirak edən digər komandamız “Qarabağ” isə səfərdə 1-0 hesabı ilə məğlub olduğu "Göteborg"dan üstün olmağa çalışacaq.
Qurban Qurbanovun komandası ən azı iki top fərqi ilə qalib gəlsə, təmsilçimiz tarixində 3-cü dəfə qrup mərhələsinə vəsiqə qazanacaq.
22:15. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan) 20:30. "Qarabağ" (Azərbaycan) - "Göteborg" (İsveç)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun