Premyer Liqamızda yeni mövsüm başlayır

Premyer Liqamızda yeni mövsüm başlayır
6 Avqust 2016
Mətni dəyiş
Bu gün futbol üzrə Azərbaycan çempionatının 2016-17-ci il mövsümünə start verilir.
Topaz Premyer Liqada yeni mövsümin ilk oyununda AZAL ilə "Neftçi" üz-üzə gələcək. Saat 18:00-da başlamalı olan matç "AZAL ARENA" stadionunda keçiriləcək.
Keçən mövsüm öz meydanında kifayət qədər uğurla çıxış edən AZAL-ın bu sezon necə performans göstərəcəyi maraqla gözlənilir.
İlk turun digər oyununda isə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Hər iki komanda yeni transferlərlə heyətini gücləndirib. "Zirə" kağız üstündə favorit hesab olunsa da, CBC Sport telekanalı vasitəsilə yayımlanacaq görüşdə nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir.
Qeyd edək ki, həftənin digər oyunları 7-8 avqust tarixlərində keçiriləcək.
6 avqust
18:00. AZAL – “Neftçi” Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov “AZAL Arena”
20:00. “Zirə” – “Sumqayıt” Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov Zirə İdman Kompleksinin stadionu
7 avqust
20:00. "İnter" - "Qarabağ"
8 avqust
19:00. "Qəbələ" - "Kəpəz"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun